Regionlarda ictimai iştirakçılıq - Sumqayıtdan reportaj - VİDEO

10 / 04 / 2022 12:55:25
Oxunma : 4385

Sumqayıt Azərbaycanın paytaxtdan sonra ikinci böyük şəhəri kimi günügündən inkişaf edir. Bu gün istər infrastruktur baxımından, istərsə də, bir çox sahələrinə görə dirçəlişi sevindirir.

Şəhər paytaxtdan sonra vətəndaş cəmiyyətinin formalaşmasında da xüsusi rolu oynayır, müxtəlif vacib layihələrin keçirilməsi üçün hər zaman ev sahibliyi etməyə hazırdır.

Sumqayıtda fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının effektiv işi danılmazdır və sumqayıtlıların sosialyönülü problemlərinin həllində apardığı tədbir planı uğurla davam etdirilir. Elə bu səbəbdən regionlarda “İctimai iştirakçılığın təşviqi” layihəsi ilk olaraq Sumqayıt şəhərini hədəfləyib.

Beləliklə, Sumqayıt qeyri hökümət təşkilatlarını bir ara toplayan layihə ölkə üçün ictimai iştirakçılıqla bağlı təşviqat prosesinə start verdi.

Tədbir layihə içraçısı olan İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadənin çıxışı ilə başlayıb. O, ölkə rəhbərinin ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsi çağırışının bir daha vurulayaraq, bu fəaliyyətin tək paytaxtda deyil, həmçinin regionlarda gücləndirilməsinin vacibliyini qeyd edib. Layihə rəhbəri mövzu ilə bağlı fikirlərini daha dolğun şəkildə təqdimatla əsaslandırıb. Təqdimatda ictiami iştirakçılıqla bağlı beynəlxalq təcrübə, o cümlədən yerli qanunvericilik, eləcə də əsas prinsiplər əksini tapıb.

 

 

Tədbirin yekununda qeyri hökümət təşkilatları təmsilçilərinin maraqlı müzakirələri maraq doğurub, istirakçılara layihə adından təşəkkürnamələr təqdim olunub.

Tədbir sonrası təəssüratları dinləmək maraqlı olardı. Sumqayıt Şəhər icra hakimiyyətinin ictiami-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımovun təmsil etdiyi qurumun ictimai iştirakçılıqla bağlı götürdüyü öhdəlikləri qeyd etməsi onu göstərir ki, Sumqayıt bu sahədə fəal fəaliyyət üçün israrlıdır.

 

Qadın Təşəbbüsü və sosial Problemlərin həlli İB-nin sədri Zenfira Mustafayeva ictimai şura üzvlərinin və cəmiyyətin koordinasiya məsələsinə toxunub, bu məqamın daha vacib olduğunu deyib.

Sumqayıt İcra hakimiyətinin İctimai nəzarət Şurasının üzvü Hümbət Quliyev ictimai iştirakçılıqla bağlı layihənin vacibliyini bir daha vurğulayıb.

 

 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə