“20 Yanvar” şəhidi Rövşən Rüstəmovu anırıq
20 / 01 / 2021 17:43:50
Oxunma : 4636

​​​​​​​Qanlı Yanvar gecəsindən 31 il ötür. 1990-cı ilin yanvarında Sovet İmperiyasının Bakıya yeritdiyi silahlı qoşunu onlarla uşaq, gənc, yaşlını amansız şəkildə qətlə yetirdi. Həmin gecə müstəqilliyimiz uğrunda şəhadətə qovuşan 131 şəhidimizdən biri də Rövşən Rüstəmov idi. O vaxt 28 yaşında gənc ailə başçısı olan şəhidimizin əziz xatirəsini onun həyat yoldaşı Ziyafət Rüstəmova ilə birgə anırıq.

Məlumat üçün deyək ki, 20 Yanvar şəhidimiz Rövşən Rüstəmovun ardınca Ziyafət Xanımın ailəsi yeni itkilərlə üzləşib. 1-ci Qarabağ müharibəsində müsahibimizin döyüşçü qardaşı İslam İslamov şəhid olub, əmisioğlu isə itkin düşüb.

Qalibiyyətimizlə başa çatan 44 günlük 2-ci Qarabağ Müharibəsində isə bacısı oğlu xüsusi təyinatlı hərbçi gənc Kənan Qafarov Cəbrayıl uğrunda döyüşdə şəhid olub. Kənan nişanlı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə