Rəşad Hüseynov: Maliyyə mənbələrinin şaxələdirilməsi çox vacibdir
05 / 12 / 2020 12:09:19
Oxunma : 4054

Bu gün dünyada qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda QHT-lərin müxtəlif sahələrdə fəaliyyətinə daha çox ehtiyac duyulur. Bu baxımdan Azərbaycanda da aparılan islahatlar çərçivəsində vətəndaş cəmiyyətinə ehtiyac və QHT-lərin rolu da gündən-günə artır. Bu ehtiyac təkcə Azərbaycanla bağlı deyil, Avropa ölkələrində də vətəndaş cəmiyyətləri daha çox sosial məsələlərin həllinə diqqət ayırmaqdadır. Əlbəttə ki, sosial sahədə layihələrin həyata keçirilməsi üçün davamlı maliyyə mənbələrinin olması da vacib amildəndir. 

Effektiv fəaliyyət və daha yaxşı nümunələr üçün qanunvericiliyin inkişafı, xarici təcrübənin tətbiqi və bu istiqamətdə birgə fəaliyyət də gərəklidir. QHT TV-nin əməkdaşı SOS" uşaq kəndləri təşkilatının milli direktoru Rəşad Hüseynov ilə görüşərək qeyd olunan mövzu ətrafında onun fikirlərini öyrənib.
 - Əvvəlcə Rəşad Hüseynov təmsil etdiyi “SOS Uşaq Kəndləri Təşkilatı” haqqında məlumat verib.
- Müsahibimiz xarici ölkələrdə bu tip sosial layihələrlə bağlı təcrübə haqqında da fikirlərini bölüşüb.
- Rəşad Hüseynov hazırda QHT-lərin maliyyələşmə imkanları və bu sahədə müşahidə olunan problemlərə də diqqəti çəkib. 
-Ekspert QHT qanunvericiliyi ilə bağlı dəyişikliklərin labüd olduğunu bildirib.
- Müsahibimiz ötən dövr ərzində bəzi donorlarla ilə əlaqələrin kəsilməsinə baxmayaraq, QHT-lər tərəfindən ölkəyə maliyyə cəlb edilməsi istiqamətində imkanların mövcud olduğunu diqqətə çatdırıb.
- Ekspert bizimlə söhbətində bəzən qəbul olunan mütərəqqi qərarların da icrasında qeyri peşəkarlığın olması nəticəsində bu qərarlara da kölgə salındığını dilə gətirib. 
- Rəşad Hüseynov QHT-lərə mümkün güzəştlərlə bağlı fikirlərini bildirərək, bu güzəştlərin mənfi və müsbət cəhətlərinə diqqəti çəkib. 
- Sonda müsahibimiz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı öz təkliflərini də irəli sürüb.

Reportaj Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə