Şura 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib
05 / 03 / 2020 21:35:32
Oxunma : 6546

Bu il qrant müsabiqəsinin keçirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 qurumla əməkdaşlıq edib". Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında keçirilən mətbuat konfransında Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, layihə təklifi qəbulu ötən il noyabrın 20-dən dekabrın 30-dək keçirilib. 123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə 541 layihə təqdim olunduğunu bildirən F. Qurbanov onlardan 16-nın texniki seleksiyanı keçmədiyini qeyd edib: “525 layihə ekspertiza və vətəndaş qiymətləndirməsinə təqdim olunub. Layihələrin ekspertizasının aparılmasına 44 ekspert cəlb edilib. Onlardan 26-ı dövlət qurumlarının əməkdaşı, 18 şəxs isə müstəqil ekspertdir". Layihələrin eyni zamanda 15 yanvar-15 fevral tarixlərində vətəndaşlar tərəfindən də qiymətləndirildiyini deyən icraçı direktor SƏLİS-in e-vətəndaş proqramında qeydiyyatdan keçən 14877 vətəndaşın layihələrə 40206 rəy bildirdiyini vurğulayıb: "Ekspertiza mərhələsi başa çatandan sonra dövlət qurumlarının əməkdaşı olan ekspertlər, müstəqil ekspertlər və Şura Katibliyinin bölmə rəhbərləri hər bir layihəyə fərdi qaydada yanaşmaqla müzakirələrə başlayıblar. Hər bir layihə üzrə verilən ekspert rəyləri və balları, vətəndaş qiymətləndirməsinin balları və Şura Katibliyinin arayışı geniş müzakirə olunub. Şura birgə qrant müsabiqəsi keçirdiyi qurumların təkliflərinin hamısını nəzərə alaraq 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib". Sonra tərəfdaş qurumların nümayəndələri çıxış edərək maliyyələşdirilən layihələrin mövzusu və sayı, eləcə də ayrılan maliyyə vəsaitinin məbləği barədə məlumat veriblər.(apa) Daha sonra müsabiqənin nəticələri elan edilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə