Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş seminar keçirilib
29 / 10 / 2019 14:08:20
Oxunma : 982

Oktyabrın 28-də ilə Bakı şəhərində “Əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş “İnklüziv təhsil, peşə reabilitasiyası və müyəssərlik” mövzusunda seminar keçirilib.

Tədbir Finlandiyanın Xarici İşlər Nazirliyi, Finlandiyanın ABİLİS Fondu və Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəstəyi ilə baş tutub. Seminarın işində hökumət nümayəndələri, təhsil işçiləri, QHT rəhbərləri, Finlandiya Xarici İşlər Nazirliyinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü açan Finlandiyanın Azərbaycan Respublikasında səfiri xanım Arja Makkonen tədbir, onun məqsədi və məramı barədə məlumat verdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov Azərbaycanda sosial sahədə, o cümlədən əlillik sahəsində görülən və planlaşdırılan fəaliyyətlər barədə çıxış etdi. Nazir müavini əlilliyi olan şəxslərin hüquqi təminatları, sosial xidmətlərin genişləndirilməsi, yeni xidmət sahələrinin yaradılması, pensiya və sosial müavinətlərin artırılması, məşğulluğun təmin olunması və digər sahələr üzrə mühüm işlər həyata keçirildiyi qeyd etdi.

Anar Kərimov QHT TV -yə müsahibəsində qanunvericiliyin təkminləşməsindən sonra Azərbaycanda əlillərin hüquqlarının qorunası üçün daha əlverişli hüquqi çərçivə yaranacağını vurğuladı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli dövlətin sosial siyasətinin təməl prinsipləri, qanunvericilik təşəbbüsləri və qanun layihələrinin hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının bu prosesə cəlb olunması barədə fikirlərini iştirakçılara çatdırdı.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident əlaqələdiricisinin müavini xanım İrina Qoryunova rəhbərlik etdiyi təşkilatın Azərbaycanda fəaliyyəti barədə məlumat iştirakçıları məlumatlandırdı.

O çıxışında Azərbaycan hökuməti ilə, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həyata keçirilən layihələr, məqsəd və vəzifələrə çatmaq üçün nəzərdə tutulan fəaliyyətləri qeyd etdi. Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli tədbir ilə bağlı fikirlərini QHT TV-yə açıqlayıb. Daha sonra seminar bölmələr üzrə işini davam etdirdi.
“Təhsil qurumlarında və iş yerlərində müyəssərlik” paneli üzrə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və Finlandiyanın Abilis Fondunun Vəkillik koordinatoru Tuomas Tuure müvafiq olaraq bu sahədə Azərbaycan və Finlandiya təcrübəsi barədə geniş məlumat verdilər.

“Peşə reabilitasiya xidmətləri” panelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova və Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən, əldə olunmuş təcrübə barədə təqdimat etdilər.

Yekun paneldə isə “İnklüziv təhsil” ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə