Sumqayıtda aztəminatlı ailələrin uşaqları üçün Günərzi Mərkəzi fəaliyyət göstərir
14 / 10 / 2019 12:07:38
Oxunma : 709

#Sumqayıtda #aztəminatlı ailələrin uşaqları üçün #Günərzi #Mərkəzi fəaliyyət göstərir.

Respublikada #Əmək və #Əhalinin #Sosial #Müdafiəsi #Nazirliyinin sosial sifarişi əsasında bir neçə qünərzi qayğı mərkəzi fəaliyyət göstərir. Elə Sumqayıtda yerləşən belə mərkəzlərdən birinə ziyarətimizin məramı azyaşlı uşaqlar üçün təşkil olunmuş müəssisənin fəaliyyəti ilə tanış olmaqdır.

Qeyd edək ki, müvafiq nazirliyin belə mərkəzlərin qurulması layihəsini yerli qeyri –hökumət təşkilatları icra edir. Qonağı olduğumuz mərkəz və layihə barədə İstedadlı Əllilər Ictimai Birliyinin rəhbəri Cavad Qasımov ətrafı məlumat verib.

Bir daha qeyd edək ki, mərkəz açılanda ora saysız müraciətlər olsa da, yalnız layihəyə uyğun olaraq 4-12 yaş arası daha çox qayğıya ehtiyacı olan aztəminatlı ailələrin övladlarından və sağmalıq imkanları məhdud uşaqlardan yalnız 30 nəfəri götürülüb. Bu onu göstərir ki, belə mərkəzlərin artırılması və davamlı fəaliyyəti üçün mütləq düşünülməlidir.

Mərkəzlə tanışlıq zamanı uşaqların tədrisi, təlimi və məşğuliyyəti ilə bağlı mənzərə bizə pozitivlik bəxş etdi və çox arzuladıq ki, tezliklə bütün uşaqlarımız belə diqqətlə, sevgiylə əhatə olunsun.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə