Açıq Hökumətin Təşviqi üzrə yeni milli fəaliyyət planı hazırlanır
10 / 10 / 2019 11:13:03
Oxunma : 929

Azərbaycanda Açıq Hökumətin Təşviqi üzrə yeni milli fəaliyyət planı layihəsinin hazırlanması  davam edir.

Açıq Hökumətin Təşviqinə dair  yeni Milli Fəaliyyət Planının hazırlanması prosesi Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tələbləri nəzərə alınmaqla həyata keçirilir. Milli Fəaliyyət Planının hazırlanması ilə əlaqədar ən geniş ictimai və vətəndaş iştirakçılığı təmin edilir.  
Xatırladaq ki. Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə Azərbaycan Açıq Hökumət Platformasının təşəbbüsü ilƏ İşçi Qrup yaradılıb. 

 İşci Qrupunun QHT nümayəndələri və dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə  keçirilən toplantılarında Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Azərbaycan Açıq Hökumət Platformasına təqdim olunan  təkliflərin  müzakirəsi aparılır.  
Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyevin sözlərinə  görə   Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanma PROSESİ  tam şəffaf şəkildə həyata keçirilir. Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında elektron hökumətin inkişafı üzrə təkliflər müzakirə olunub.

Azərbaycan Açıq Hökumət Platforması digər tərəfdaşlarla birlikdə bu prosesə bütün maraqlı tərəfləri fəal cəlb etmək, onların bilgiləndirilməsi üçün məlumatların yayılması, dialoqun təşkili, təklif və rəylərin toplanması, bunların bütün tərəflərlə paylaşılmasını, səmərəli və peşəkar konsultasiyaların keçirilməsini təmin edəcək. Azərbaycan Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri, vətəndaş cəmiyyəti təşkilatlarını, KİV-i, vətəndaşları bu prosesdə fəal iştirak edib, töhfələrini verməyə dəvət edir.

Yeni Açıq Hökumət Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələr davam edir. Yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun növbəti iclasında səhiyyə sektorunda korrupsiya hallarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflıq və hesabatlılığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi ilə bağlı hazırlanan təkliflər müzakirə olunub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə