Nazir Sahil Babayev QHT-lərə təşəkkür etdi
03 / 10 / 2019 14:42:43
Oxunma : 1771

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Depatamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə 3 günlük “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda beynəlxalq konfrans keçirilir. 

QHT.az xəbər verir ki, konfransın açılışında çıxış edən nazir Sahil Babayev QHT-lərə təşəkkürünü bildirib.

Azərbaycan “Əlilliyi olan şəxslərin hüquqları haqqında " Konvensiyaya müvafiq olaraq  dövri hesabatları hazırlayaraq təqdim edir. Nazir bu hesabatların hazırlanmasında rəhbərlik etdiyi quruma dəstək olan QHT-lərə təşəkkür edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə