Şuranın dəstəyilə İcbari Tibbi Sığorta haqqında növbəti maarifləndirmə tədbiri keçirilib
02 / 09 / 2019 14:11:47
Oxunma : 1124

Şuranın dəstəyi ilə Ədliyyə Nazirliyinin Ümumdünya Səhiyyə təşkilatı ilə Əməkdaşlıq Mərkəzində İcbari Tibbi Sığorta haqqında maarifləndirmə tədbir keçirilib.

30 avqust tarixində Ədliyyə Nazirliyinin Ümumdünya Səhiyyə təşkilatı ilə Əməkdaşlıq Mərkəzində “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirildi. 

Tədbirin məqsədi Penitensiar müəssisə daxilində çalışan tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaq və bununla eyni zamanda azadlığa buraxılmağa hazırlaşan məhkumları da bilvasitə maarifləndirməyə nail olmaq idi. 
Layihə üzrə rəhbər Pərvanə Vəliyeva İcbari tibbi sığorta haqqında əhatəli təqdimatla çıxış etdi. Tədbir iştirakçılarının sualları ekspertlər tərəfindən cavablandırıldı və hər kəsə, o cümlədən müəssisəyə maarifləndirici bukletlər təqdim olundu. 
Sonda layihə çərçivəsində hazırlanmış maarifləndirici sosial videoçarx – animasiya nümayiş olundu. 

Tədbirin təşkil olunmasına böyük dəstək göstərən Ədliyyə Nazirliyi Tibb Baş idarəsi rəisinə dərin təşəkkürümüzü bildiririk. 

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, əhalinin keyfiyyətli və səmərəli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması və insanların sağlamlığının yaxşılaşdırılması ilə sosial-iqtisadi inkişafa nail olmaq məqsədilə 1 yanvar 2020-ci il tarixindən etibarən ölkədə İcbari Tibbi Sığorta sistemi tətbiq olunacaqdır. Bu baxımdan 2019-cu il İTS-in tətbiqinə keçid üçün hazırlıq ilidir və hazırlıq işlərinin əsas tərkib hissələrindən biri əhalinin İcbari tibbi sığorta sistemi ilə bağlı intensiv şəkildə maarifləndirilməsidir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə