DOST vətəndaşla dostlaşır
29 / 08 / 2019 12:57:19
Oxunma : 1128

Qapısını vətəndaşların üzünə açmasından cəmi 4 aya yaxın müddət keçməsinə baxmayaraq Dost Agentliyinin DOST Mərkəzi artıq göstərdiyi xidmətlər ilə özündən söz etdirir.  

Mərkəz hər gün orta hesabla 400-dən çox vətəndaşın müraciətini qəbul edir. DOST mərkəzi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və əlillik, əlillik vəziyyətinin qiymətlənirilməsi, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun digər sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edir. Mərkəzdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. 

Mərkəzdə olduğumuz müddətdə vətəndaşların müraciətlərinin dostluq çərçivəsində tez və əlçatan həll edilməsinin şahidi olduq. Məlumat üçün qeyd edək ki, ümumilikdə 126 istiqamət üzrə xidmət göstərən DOST hər gün innovativ yeniliklərin artırılmasını da qarşısına məqsəd qoyub. 1 saylı DOST mərkəzi hələlik Bakının Yasamal, Səbayel rayon sakinləri üçün xidmət göstərən yeganə məkandır. 2019-2025-ci illər ərzində Dost regional Proqramına əsasən Bakının və respublikanın bölgələrində daha 31 mərkəzin açılması nəzərdə tutulur..

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə