Bir necə gün öncə Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya ölkələri üzrə vitse-prezidenti Natali Burjali Bakıya səfər edib.
Onun səfərinin məqsədi Bakıda keçirilən “İctimai Şuralar: beynəlxalq və milli təcrübə” adlı Beynəlxalq konfransda iştirak etmək idi.
Səfəri çərçivəsində Natali Burjali Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında da olub. Xanım Burjali səfəri haqqında, o cümlədən QHT-lərə Dövlət Dəstəyi Şurası ilə mövcud olan əməkdaşlıq və Şuranın fəaliyyəti ilə bağlı fikirlərini QHT TV-yə bildirib.