Gözdən əlillər üçün hazırlanan bədii ədəbiyyatlar
Azərbaycanda əlilliyi olan insanların məsələləri ilə məşğul olan qurumlardan biri də Gözdən Əlillər Cəmiyyətdir. 1931-ci ildən fəaliyyət göstərən cəmiyyətin hazırda 25 min üzvü var, 27 regional bürosu var.
Təşkilatı ziyarətimiz zamanı sədr müavini Reyhan Cəforovayla gözdən əlillər üçün hazırlanan bədii ədəbiyyat, “Danışan kitab” layihəsinin ərsəyə gəlməsi barədə maraqlı söhbət etdik.
Reyhan Cəfərova söhbəti əsnasında onu da qeyd etdi ki, son zamanlar ayrı-ayrı təşkilatlar gözdən əlillər üçün layihələr keçirir. Cəmiyyətin sədr müavini həmin təşkilatları daha səmərəli fəaliyyət üçün əməkdaşlığa dəvət edib.