QHT Şurasının dəstəyi ilə valideynlərini itirmiş uşaqlar Milli Parkda maraqlı gün keçirdi
23 / 07 / 2019 12:20:14
Oxunma : 3436

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji dəstək və onların asudə vaxtının təşkili” layihəsi çərçivəsində uşaqlar Dənizkənarı Milli Parkda maraqlı gün keçiriblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan layihə çərçivəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş bir qrup uşaq attraksionlardan və qatarlardan ödənişsiz istifadə ediblər.

Daha sonra uşaqların qəyyumları ilə birgə Xalça Muzeyinə ekskursiyası təşkil olunub. Onlar Azərbaycanın bölgələrində klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olub, xalçaların toxunma qaydası barədə məlumat əldə ediblər. Onlar həmçinin xalça toxunuşu prosesini əyani şəkildə izləyiblər.

Qeyd edək ki, 4 ay ərzində davam edən layihə çərçivəsində bu həssas qrupa daxil olan uşaqlara və onların qəyyumlarına sosial, hüquqi və psixoloji dəstəyin göstərilməsi və eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər uşaqların intellektual səviyyəsinin yüksəlməsinə, mədəni dəyərlər barədə daha dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə