Əlilliyi olan gənclər üçün İKT təlimi təşkil olunub
17 / 06 / 2019 14:59:56
Oxunma : 3674

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Sumqayıt şəhər Gənclər evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil edib. 
Təlimdə çıxış edən təşkilatın sədri Səbinə Kərimova qeyd edib ki, təlimdə iştirak edən əlilliyi olan gənclərə SosialMedia.az saytı üzərində işləmək vərdişləri öyrədiləcək.
Əlilliyi olan şəxslər üçün əl işlərindən ibarət elektron baza yaradılıb və yeni portalda onların əl işləri nümayiş olunacaq. Səbinə Kərimova əlavə edib ki,   eyni təlim iyul ayında Bakı şəhərində eşitmə və nitq məhdudiyyətli gənclər üçün təşkil olunacaq.

Sonra təlimə start verilib. 15 nəfər əlilliyi olan gəncin  iştirak etdiyi təlim QHT.az saytının rəbləri Cəsarət Hüseynzadə tərəfindən aparılıb. 
O həssas qrupdan olan gənclərə sayt üzərində işləməklə yanaşı, Press Relizin  yazılış qaydası,  audio və video informasiyaların bazaya daxil edilməsi və digər məsələlər haqqında məlumat verib.
Təlim iştirakçıların məlumatları sosialmedia.az saytına daxil edilməsi ilə davam edib.
 Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim   Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə