QHT TV-nin Xəbərlər Blokunun ilk buraxılışı hazırlanıb.
07 / 06 / 2019 11:49:13
Oxunma : 2552

Xəbərlər blokunun ilk buraxılışına ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiyalar və reportajlar daxil edilib.

Bu barədə məlumat verən "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, xəbərlər bloku vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda hazırlanır. Belə ki, tədbirlər ilə bağlı video görüntülər təşkilatlar tərəfinə təqdim olunur. Növbəti fəaliyyətlər isə layihə icraçıları tərəfindən həyata keçirilir. Layihə rəhbəri qeyd edib ki, ilk buraxılışda 8 informasiya yayımlanıb.

Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır

Xəbərlər Blokunun ilk buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:

•Prezident İlham Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

• QHT Şurasının təşkilatçılığı ilə ictimai müzakirə keçirilib.

•“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi ahıllar üçün ad günü tədbiri təşkil edib.

•Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlər hazırlanıb.

•Şuşa məktəbində aprel döyüşləri anılıb.

•Əsgər Ailələrinə Dəstək ictimai birliyi şəhidlərin xatirəsinə həsr olunmuş idman turniri keçirilib.

•"Dayanıqlı inkişaf məqsədlərinin tətbiqi vasitəsilə gender əsaslı bələdiyyələrin təşviqi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib.

•Qubada hərb tariximizin gənclər arasında təbliği məqsədilə intellektual turnir keçirilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə