"Azadlığa buraxılan vərəmli xəstələrə sosial dəstək” layihəsinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib
23 / 05 / 2019 13:13:35
Oxunma : 1012

Mayın 22-də Park İnn mehmanxanasında Qlobal fondun maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin izlənilməsi, təşkili və sosial dəstək” layihəsinin 10 illiyinə həsr olunmuş konfrans keçirilib.

Konfrans layihəni hal-hazırda uğurla davam etdirən Sağlamlığa Xidmət İctimai birliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının maliyyə və texniki dəstəyilə baş tutub.
Tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Millət vəkili Sədaqət Vəliyeva ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar və əhalinin sağlamlığın qorunması istiqamətində qanunvericilik bazasının inkişaf etdirlməsindən danışıb.
Ümumdünya Səhiyyə təşkilatının ölkə nümayəndəsi Cəvahir Süleymanova, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Nikoloz Sadradze, Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı konfransda çıxış edərək layihə, onun tarixçəsi və əldə olunmuş nailiyyətlər barəsində geniş məlumat veriblər.
Layihə ilk dəfə Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsü ilə 2009-cu ildə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında imzalanmış üç tərəfli memorandum əsasında həyata keçirilməyə başlanmışdır. 2011-ci ildən isə Sağlamlığa Xidmət İctimai birliyi bu layihənin icrasını öz üzərinə götürmüş və bu günədək uğurla davam etdirir.

Tədbirdə qeyd olunub ki, son 10 il ərzində azadlığa buraxılan 756 vərəmli xəstədən 733 nəfəri Sağlamlığa Xidmət İctimai birliyinin xəstələrə dəstək layihəsindən bəhrələnərək, sağalıb və yenidən cəmiyyətə inteqrasiya olunublar.

Çıxışçılar bildirmişlər ki, mülki vətəndaşlardan fərqli olaraq, keçmişdə məhkum olmuş xəstələrin müalicəsinə dəstək olmaq, cəmiyyət tərəfindən itirilmiş insanları həm də yenidən həyata qaytarmaq, ailə əlaqələrini bərpa etmək və onların özlərini yenidən bir fərd kimi hiss etmələrinə yardımçı olmaq deməkdir.
Sonda layihədən bəhrələnən keçmiş pasiyentlərə və tibb işçilərinə sertifikatlar təqdim olunub

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə