Əllilərin mövcud problemləri və onlara dəstək
“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinuin sədri Aydın Xəlilov təşkilat və əllilərin mövcud problemləri mövzusu barədə danışır.
Azərbaycanda əlilliyi olan şəxslərin, eləcə də uşaqların ümumi sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir. “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi 2004 –cü ildən rəsmi qeydiyyatda olan və əlil insanların, gənclərin problemlərinin həlli ilə məşğul olan işlək təşkilatdır. Mərkəz rəhbəri Aydın Xəlilov hazırkı fəaliyyət, əlil insanlara dəstək və bu sahədə görülən işlərdən danışıb.