QHT-lərə Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib
Şuranın Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb
QHT TV xəbər verir ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.
Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2018-ci il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 33 QHT-nin müraciətinə baxılıb. 5 QHT iclasda iştirak etməyib.
Geniş müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov Apelyasiya Komissiyasına daxil olan müraciətlər, QHT-lərin təqdim etdiyi layihələrin keyfiyyəti və digər məsələlər ilə bağlı fikirlərini QHT TV-yə açıqlayıb
Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən QHT-lərlə bağlı müvafiq qərarlar qəbul edilib.