Milli Məclis viruslu hepatitlərlə bağlı QHT-nin təklifini bəyənib
23 / 02 / 2018 19:15:07
Oxunma : 28172

Məlum olduğu kimi, “İnkisafa Doğru Qadın Təşəbbüsü ” İctimai Birliyi tərəfindən bir müddət əvvəl cəmiyyət üçün vacib hesab olunan layihə həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi  “İctimai nəzarət mexanizmləri vasitəsilə viruslu hepatitlərlə effektiv mübarizə yollarının müzakirəsi” layihəsi uğurla başa çatıb.

Bir müddət əvvəl isə, layihənin nəticələrinin ictimaiyyətə təqdimatı zamanı yekun olaraq təşkilat rəhbərinin təklifləri əsasında tövsiyələr paketi hazırlanıb. Tövsiyələr paketində nikahdan əvvəl icbari tibbi müayinə siyahısında Hepatit B və Hepatit C –nin də daxil edilməsi təklifi yer alıb. 
Tövsiyələr paketi MM-in Səhiyyə komitəsinə, Nazirlər Kabinetinə və Səhiyyə Nazirliyinə göndərilib.  

Vətəndaşların sağlamlığının vacibliyini diqqətə çatdıran təkliflər paketinə ilk reaksiya MM-in Səhiyyə komitəsindən gəlib. 

Belə ki, 2018-ci ilin yaz sessiyasının ilk iclasında bu məsələ  müzakirə mövzusu olub. 
Bu barədə təşkilat rəhbəri Ziba Nəbiyeva QHT TV-yə ətraflı məlumat verib. 

Ramina Eyvazqızı

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə