Partlayış nəticəsində Milli QHT Forumuna ciddi ziyan dəyib, Resurs və Təlim Mərkəzi yararsız hala düşüb.
30 / 01 / 2018 18:51:46
Oxunma : 23695

Partlayış nəticəsində Milli QHT Forumuna ciddi ziyan dəyib, Resurs və Təlim Mərkəzi yararsız hala düşüb.


Məlum olduğu kimi, bir neçə gün əvvəl 28 may metro stansiyası yaxınlığında, D.Əliyeva 235 A ünvanında yerləşən binanın zirzəmisində qazsızma səbəbindən partlayış baş vermişdi. Qəza nəticəsində həmin ərazidə yerləşən yaşayış mənzilləri və ofislər zərər görüb.

QHT TV xəbər verir ki, zərərçəkmişlər arasında Milli QHT Forumu və ona bağlı Bakı QHT-lərin Resurs və Təlim Mərkəzi də var.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni baş verənlərə münasibətini bildirib və dəymiş zərərdən danışıb.

Rauf Zeyni Bakı QHT-lərin Resurs və Təlim Mərkəzinin tam yarasız vəziyyətə düşdüyünü bildirib. İlkin hesablamalara görə, ziyanın miqdarə 20 min manatdan artqdır.

Xatırladaq ki, QHT TV fəaliyyəti müddətində QHT-lərin Resurs və Təlim Mərkəzindən çoxsaylı videoreportajlar hazırlayıb. Ümid edirik ki, ərazi tezliklə yararlı vəziyyətinə qaytarılar və bərpa olunar.


Ramina Eyvazqızı
QHT TV
QHT.az



















Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə