"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir!
Yayım Assosiasiyasının təşəbbüsü ilə, həftədə bir dəfə QHT TV-də yeni kitablar haqqında məlumat veriləcək.
Bu dəfə kitab müəllifi özü müəllifi olduğu kitabı oxucuya təqdim edəcək və sualları cavablandıracaq.
Artıq “Yeni nəşrlər” layihəsinin ilk çəkilişlərinə start verilib.
İlk verilişin qonaqları Azərbaycanın görkəmli uşaq yazıçısı Qəşəm İsabəyli və şairə, jurnalist, publisist Gülnarə İsrfilqızı olub.
Müəlliflər son dövrlər çap olunan əsərləri haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, layihəyə texniki dəstək "Akadem Kitab" kitab mağazası tərəfindən göstərilir.